Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Belarus Qələbə günündə parad keçirəcək


Belarusda "Göyərçinləri yemləmə" aksiyası, 3 may, 2020-ci il
Belarusda "Göyərçinləri yemləmə" aksiyası, 3 may, 2020-ci il

Belarus Prezidenti Alyaksandr Lukashenka deyir ki, koronavirusun yayılması sarından narahatlıqlara baxmayaraq, mayın 9-da paytaxtda Qələbə günü paradı keçiriləcək.

“Bu paradı təxirə sala bilmərik, sadəcə, bilmərik”, – Lukashenak mayın 3-də deyib. O əlavə edib ki, nasistlərə qarşı vuruşanlardan bəziləri də viruslardan, digər xəstəliklərdən ölüblər.

“Bilirəm insanlar nə deyəcəklər. Dərhal da olmasa, ertəsi gün, yaxud iki gündən sonra deyəcəklər ki, biz qorxduq”, – prezident paradın təxirə salınması haqda belə deyib.

Dünya Səhiyyə Təşkilatı (DST) ölkələri insandan insana asanlıqla keçən COVID-19-un yayılmasını yavaşıtmaqdan ötrü fiziki məsafə qadağası tətbiq etməyə, ictimai tədbirləri təxirə salmağa çağırıb.

DST aprelin sonunda Minskə səfərdən sonra xəbərdarlıq edirdi ki, COVID-19 Belarusda “ünsiyyətdən yoluxma ssenarisinə daxil olub” və hökumət daha güclü tədbirlərə əl atmalıdır.

İndiyədək Belarusda COVID-19-a 16 min 705 təsdiqlənmiş yoluxma, 99 ölüm halı qeydə alınıb.

Amma Lukashenka virusun təhlükəsilə bağlı deyilənləri dəfələrlə təkzib edib.

Qələbə günündə 1945-ci ildə Sovet İttifaqının nasist Almaniyası üzərindəki qələbəsinin ildönümü qeyd olunur və Belarusda, eləcə də digər keçmiş sovet ölkələrində ən vacib bayram sayılır.

Belarus müharibədə əhalisinin 20 faizini itirib.

Rusiyadan parada getmək istəyənlər var

9 may paradına ağır texnikanın, əsgərlərin, hava qüvvələrinin çıxarılacağı, ümumilikdə 3 mindən artıq hərbçinin, 180-dən artıq hərbi texnikanın qatılacağı gözlənir.

Minlərlə vətəndaş parada baxmaqdan ötrü saatlarla gözləyir, daha sonra parklarda pikniklər, digər tədbirlər təşkil olunur.

Lukashenka deyib ki, indi 90 yaşlarına olan xeyli sayda müharibə veteranı parada getmək arzusunu bildirib, amma o, adamları “dartaraq” tədbirə gətirməməklə bağlı xəbərdarlıq edib. COVID-19-dan daha çox yaşlıların öldüyü bildirilir.

Rusiya koronavirusla mübarizə apardığından Qələbə gününün 75-ci ildönümünü bayram etməyi təxirə salıb. Rusiya indi yoluxmaların sayına görə dünyada 7-ci yerdədir.

Lukashenka deyir ki Rusiyadan bir sıra deputatlar və senatorlar Minskdə parada qatılmaq istədiklərini deyiblər və Belarus bu rusiyalılar üçün səyahət məsələsini koordinasiya etməyə hazırdır.

Rusiya martda Belarusla sərhədi bağlayıb, daha sonra sərnişin qatarı xidmətini də dayandırıb.

“Bunu alqışlayırıq, qoy gəlsinlər. Biz dost və qardaşlarımızın üzünə sərhədləri bağlamayacağıq”, – Lukashenka söyləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG