Keçid linkləri

Təcili xəbərlər
2020, 09 Avqust, bazar, Bakı vaxtı 13:07

Serbiya fövqəladə vəziyyəti qaldırır


Aleksandar Vučič ordunu ziyarət edir

Serbiya COVID-19 pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyəti qaldıracaq. Bunu Prezident Aleksandar Vucic mayın 3-də deyib.

Vucic TV Pink-a söyləyib ki, parlament mayın 6-da fövqəladə vəziyyət rejiminə son qoyulmasını səsverməyə çıxaracaq.

Martın 15-dən bu Ballan ölkəsində Avropada ən sərt karantin tədbirləri tətbiq olunub. Sərhədlər bağlanıb, gecələr və həftəsonları komendant saatı qüvvəyə minib.

Vucic-in sözlərinə görə, onun qarşıya qoyduğu iki şərt yerinə yetdiyindən qadağalar qaldırılır: artıq yeddinci gündür yoluxmalar 5 faizdən aşağı düşür və süni nəfəs aparatına qoşulanların sayı əhəmiyyətli dərəcədə azalır.

Ölkədə COVID-19 xəstəliyinə 9 min 464 yoluxma, 193 ölüm qeydə alınıb.

Mayın 4-dən avtobus və dəmiryolu xidmətləri də açılır, amma sərnişinlər maska taxmalıdırlar, hava kondisionerləri işlətməyə icacə verilmir.

Ticarət mərkəzləri, kafe və restoranların açılmasına icazə veriləcək, fiziki məsafə və gigiyenik qaydalara əməl etmək tələb olunacaq.

Kiçik mağazalar isə aprelin sonundan işə düşüb.

XS
SM
MD
LG