Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 05:08

Özbəkistanda su bəndi dağılıb, kəndləri boşaldırlar


Hadisə yeri

Özbəkistanda Sırdərya regionunda bu yaxınlarda tikilmiş bənd dağılıb, Sardoba su anbarından su kəndlərə doğru axmağa başlayıb.

Rəsmilər mayın 1-də 11 min 600 kəndlinin köçürüldüyünü deyirlər.

AzadAvropa/AzadlıqRadiosunun əldə etdiyi videoda 29 metr hündürlükdə beton bənddə yaxınlıqdakı kəndlərə axan su seli görünür.

Özbəkistan rəsmilərinin radioya bildirməsinə görə, bəndin zəifləyəcəyindən, onun tamamilə dağılacağından ehtiyatlanırlar.

Prezident Shavkat Mirziyoev mayın 1-də ərazidə olub.

Sardoba su anbarının tikintisi 2010-cu ildə başlanıb, 2017-ci ildə tamamlanıb.

Özbəkistan bənd ərazisində su-elektrik stansiyasının tikintisi üçün Çinlə 23 milyon dollarlıq kontrakt imzalayıb.

Bu layihənin 2022-ci ildə tamamlanması gözlənir.

XS
SM
MD
LG