Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:50

Aİ-95 benzini ucuzlaşıb


Yanacaqdoldurma məntəqəsi. Foto arxiv

2020-ci il mayın 1-i gecədən Aİ-95 (Premium) markalı benzin Azərbaycanda ucuzlaşıb.

Bakının Yasamal rayonundakı yanacaqdoldurma məntəqələrindən birindən AzadlıqRadiosuna verilən xəbərə görə, Aİ-95 markalı yanacaq 10 qəpik ucuzlaşaraq 1 manat 10 qəpiyə düşüb.

Bu, markalı benzinin 1 litri bundan öncə bu il martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.

2018-ci ilin avqustunda isə "Premium" benzinin litri 1 manat 50 qəpiyə yüksəlmişdi. Ona qədər isə 1 manat 25 qəpiyə satılırdı.

Aİ-95 markalı benzin Azərbaycana idxal edilir, onun qiymətini ölkənin Tarif Şurası tənzimləmir.

Azərbaycanda ən çox istifadə edilən Aİ-92 markalı benzindir, o, əsasən, ölkədə istehsal edilir. Onun qiymətində hər hansı dəyişiklik olmayıb. Aİ-92 markalı benzinin qiymətini Azərbaycanda Tarif Şurası tənzimləyir. Bu benzin 90 qəpik (litri), dizel yanacağı isə 60 qəpikdir.

Bəzi ekspertlər hesab edirlər ki, bu ilin əvvəlindən dünyada neft 3 dəfə ucuzlaşdığından ölkədə Aİ-92 benzini də ucuzlaşmalıdır.

Hökumət belə təkliflərə, hələlik, müsbət yanaşmır.

Multimedia

XS
SM
MD
LG