Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 01:42

38 yeni yoluxma, bir ölüm


455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb, bir nəfər də ölüb.

Bu barədə bugün, aprelin 30-da Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat verilib.

Məlumatda yazılıb ki, ölən koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü ölkə vətəndaşıdır: "Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahın açıqlamasına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 143 min 79 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 228 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən isə karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

XS
SM
MD
LG