Keçid linkləri

Təcili xəbərlər
2020, 07 İyul, çərşənbə axşamı, Bakı vaxtı 00:22

Almaniyanın Hizballahı qadağan etməsini alqışlayırlar


Hizballah lideri Sayyed Hassan Nasrallah (sağda) İranın Xarici işlər naziri Mohammad Javad Zarif ilə görüşür, arxiv fotosu

Almaniya öz ərazisində İranın dəstəklədiyi Hizballah Livan silahlı qruplaşmasının fəaliyyətini qadağan edib və onu “terrorçu təşkilat” elan edib. Tehranın rəqibləri olan Birləşmiş Ştatlar və İsrail bu hərəkəti alqışlayıb.

“Daxili işlər naziri Horst Seehofer Almaniyada Hizballah şiə terrorçu təşkilatını qadağan edib”, – nazirliyin sözçüsü Steve Alter aprelin 30-da tvitində yazıb.

Bu açıqlamadan öncə Almaniya polisi səhər tezdən Şimali Reyn-Vestfaliya vilayətində, Bremendə və paytaxt Berlində reydlər keçirib, qruplaşmanın şübhəli üzvlərini saxlayıb.

İndiyədək Almaniya Hizballah-ın siyasi qanadıyla hərbi qanadlarını ayırırdı. Hərbi bölmələr Suriyada Prezident Bashar al-Assad ordusunda vuruşur.

Birləşmiş Ştatlar və İsrail Hizballahı terrorçu təşkilat hesab edir.

ABŞ-ın Almaniyadakı səfiri Richard Grenell bu addımı alqışlayaraq AB-nin digər üzvlərini də belə etməyə çağırıb.

İsrail də Avropanın digər ölkələrini Berlindən nümunə götürməyə səsləyib.

XS
SM
MD
LG