Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:31

Əli Kərimlinin mühafizəçisinə işgəncə verildiyi bildirilir


N.Əhmədov

Hazırda inzibati həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun işgəncələrə məruz qaldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. Onun ictimai əsaslarla partiya sədri Ə.Kərimlinin mühafizəçisi olduğu qeyd edilir.

AXCP-dən bildirildiyinə görə, aprelin 16-da inzibati qaydada həbs olunan N.Əhmədov dünən, aprelin 28-də səhər saat 11 radələrində saxlandığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb: ​"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşahidə olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı barədə ifadə versin. Təxminən saat 23:00-da onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanır".

Amma bu deyilənləri "Turan" agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təkzib edib. Onun sözlərinə görə, bu məlumat uydurmadır.

Xatırlatma

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən karantin rejimidir. AXCP onun həbsini əsassız və onlara qarşı təzyiq kimi dəyərləndirib. Amma hakimiyyət təmsilçiləri ölkədə müxalif fəallara təzyiqlərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG