Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 00:37

Azərbaycana giriş-çıxışa qadağa uzadıldı


Azərbaycanla İran sərhədi aprelin 20-dək bağlı qalacaq
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Azərbaycanla İran sərhədi aprelin 20-dək bağlı qalacaq (Video arxiv)

Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət bu il mayın 31-nə kimi uzadılır.

Bu barədə bugün, aprelin 29-da Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahın yaydığı məlumatda bildirilir.

Qərargah qeyd edib ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir: "Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib...".

Məlumatda yazılıb ki, yükdaşımalar, çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa aprelin 5-dən tətbiq olunan məhdudiyyət mayın 31-nə kimi uzadılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Martın 11-də bununla bağlı dünyada pandemiya elan edilib. Artıq dünyada bu virusa yoluxanlardan 218 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən isə karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

Multimedia

XS
SM
MD
LG