Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 09:23

Daha 39 nəfərdə koronavirus aşkarlanıb


Karantin dövründə hökumətin işindən nə dərəcədə razısız? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Karantin dövründə hökumətin işindən nə dərəcədə razısız? - Bakıda sorğu

Son gündə Azərbaycanda 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə bugün, aprelin 28-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda vurğulanıb ki, hazırkı dövrədək Azərbaycanda 1717 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 1221 nəfər müalicə olunaraq sağalıb, 22 nəfər vəfat edib, 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 22 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Nazirlər Kabineti yanında Operativ qərargahın bildirməsinə görə, ötən müddət ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 132 min 640 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusa yoluxanlardan 212 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Karantin rejimi daha sonra mayın 4-nə kimi uzadılıb. Aprelin 27-dən isə karantin rejimindəki qaydalarda müəyyən yumşalmalar olub. Artıq bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb.

XS
SM
MD
LG