Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 02:08

Güclü külək bir nəfərin həyatına son qoyub


Buxarada külək

Özbəkistanın cənub-qərbindəki Buxara regionunda güclü külək bir nəfərin həyatına son qoyub, azı 30 nəfər xəsarət alıb. Küləyin irigövdəli ağacları yerə yıxdığı xəbər verilir.

Regional səhiyyə orqanlarının aprelin 28-də bildirməsinə görə, ötən gecə əsən külək dörd saatdan çox çəkib, azı 140 min evin elektrik və təbii qaz xətləri kəsilib.

Küləyin sürətinin saatda 90 kilometrə çatdığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, külək bəzi cənub regionlarına da ziyan vurub.

Nazirlik ziyanın miqyasını müəyyənləşdirmək üçün hökumət komissiyasının yaradıldığını bildirir.

Külək qonşu Türkmənistanın şərqindəki Türkmənabad şəhərinə də ziyan vurub.

AzadlıqRadiosu-nun əməkdaşları xəbər verirlər ki, külək və leysan yağış evlərin, yaşayış binalarının damlarını uçurub, ağacları dibindən qoparıb.

Hələlik, ziyanın miqyası haqda rəsmi bəyanat yoxdur.

XS
SM
MD
LG