Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 03:52

WSJ: Apple yeni IPhone-nun kütləvi istehsalını dayandırır


İkinci nəsil iPhone SE telefonları

“The Wall Street Journal” xəbər verir ki, Apple şirkəti bu ilin sonuna yaxın çatdırılmalı olan iPhone-nun kütləvi istehsalını bir aylığa dayandırır.

Qəzet aprelin 27-də dəyişikliklə tanış şəxslərə istinadla yazıb ki, bu addıma koronovirus pandemiyasının qlobal tələbata və Asiyada istehsalçılara təsiri səbəb olub.

Qəzetin məlumatına görə, çətinliklərə baxmayaraq, Apple 2020-ci ilin sonuna 5G ilə işləyən dörd yeni iPhone modelini buraxmağı planlaşdırır.

Apple dünyada Samsung-dan sonra ikinci böyük mobil telefon istehsalçısıdır.

Martın 26-da “Nikkei” yazırdı ki, Apple istehsal artımını bir neçə aylığa dayandırmağı nəzərdən keçirir.

XS
SM
MD
LG