Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:29

Fəallardan saxta profil xəbərdarlığı


Haker

Bəzi siyasi fəallar son günlər ərzində sosial şəbəkələrdə hesablarının ələ keçirilməsi, sosial mediadan onların hədələnməsi barədə məlumat yayıblar.

Fəallardan Bəxtiyar Hacıyev qeyd edib ki, artıq bir neçə gündür hesablarına hücum olur: "Mənim e-mail-imi "Armenian Passion" saytında qeydiyyatdan keçiriblər, bir saxta profillə mitinqə çağırış edib, mənim nömrəmi yazırlar, gecələr gizli nömrədən zənglər gəlir".

Fəal İlkin Rüstəmzadə də onun sosial şəbəkədəki profilinə xarici telefon nömrələrindən təhqirlər və hədələr göndərildiyini iddia edib.

Fəallar bu hücumlarda hakimiyyət strukturlardan şübhə etdiklərini vurğulayıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova isə "Turan" agentliyinə bildirib ki, hər hansı şəxsin sosial şəbəkədəki profili ilə bağlı şikayəti varsa, yazılı şəkildə müraciət etməlidir. "Şəxs rəsmi şəkildə nazirliyin Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməlidir. Çünki biz bu məlumatı yoxlamalıyıq. Bəzi məsələlər var ki, bunlara araşdırandan sonra cavab verilə bilər. Sosial media hesabları beynəlxalq şəbəkə üzərindədir. Biz bu sosial medialara müraciət etmək üçün əlimizdə şəxsin müraciəti olmalıdır", - o qeyd edib.

Multimedia

XS
SM
MD
LG