Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 08:41

ABŞ səfirliyi, AB İlqar Məmmədovla bağlı bəyanat verdi


İlqar Məmmədov

ABŞ-ın Azərbaycandakı səfirliyi Ali Məhkəmənın İlqar Məmmədov və Rəsul Jəfərov barəsində bəraət qərarını alqışlayır və müsbət addımlar atmağa çağırır.

Səfirlik bildirir ki, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı hədə-qorxu və həbslərin dayandırılması kimi müsbət addımları da alqışlamağa hazırdır. “Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən, həm də başqa məsələlər ilə bağlı dialoqa hazır olduğumuzu bəyan edirik”, – bəyanatda deyilir.

***

Avropa Birliyi Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirəcəyini, Avropa İnsan Haqları Məhkəməsinin qalan qərarlarını icrasını davam etdirəcəyini gözləyir. Bunu Avropa Birliyi aprelin 24-də verdiyi bəyanatında deyir.

Aprelin 23-də ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. AB öncəki məhkəmə qərarlarının ləğv olunmasını Avropa Məhkəməsinin müvafiq qərarlarının nəhayət tam yerinə yetirildiyi addım olaraq alqışlayır.

“Avropa Birliyi demokratiya və insan haqları kimi fundamental məsələlərin həlli üçün Azərbaycanla əməkdaşlıq və dialoqu davam etdirəcək. Bu, koronavirus pandemiyası kontekstində xüsusilə vacibdir. Bütün ölkələr pandemiyaya qarşı fövqəladə tədbirlərin mütləq gərəkdiyi üçün görülməsini, mütənasib və müvəqqəti olmasını təmin etməli, hüququn aliliyi, demokratiya və fundamental azadlıqlara sayqı göstərməlidir”, – bəyanatda vurğulanır.

Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəyəcək.

İ.Məmmədov və R.Cəfərov ayrı-ayrı cinayət işləri üzrə məhkum olunublar. İ.Məmmədov 2013-cü ilin fevralınla İsmayıllı hadisələrinə görə, R.Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub.

XS
SM
MD
LG