Keçid linkləri

2024, 14 Sentyabr, şənbə, Bakı vaxtı 23:59

Trump ABŞ-a mühacirəti müvəqqəti dayandırır


Donald Trump
Donald Trump

Prezident Donald Trump işçiləri qorumaq məqsədilə Birləşmiş Ştatlara mühacirətin müvəqqəti dayandırılması ilə bağlı fərman imzalayıb. Tənqidçiləri bu addımın koronovirus pandemiyası dövründə ölkədə ziddiyyətləri dərinləşdirəcəyini deyirlər.

“Bu, iqtisadiyyatımız açılanda bütün sahələrdə işsiz amerikalıların iş yerləri üçün növbədə birinci olacağı deməkdir”, – Trump aprelin 22-də keçirdiyi brifinqdə deyib.

Trump noyabrda yenidən prezident postuna seçilmək istəyir. Onun sözlərinə görə, yaşıl kartların verilməsində 60 günlük fasilə elan etmək pandemiyanın iqtisadi fəsadına cavab olaraq “iş yerlərini qorumaq” üçün lazımdır. ABŞ-da koronavirusa 850 min nəfər yoluxub, 48 min nəfər dünyasını dəyişib.

Pandemiya azı 22 milyon amerikalının işini itirməsiylə sonuclanıb.

Fərmanın detalları ilə bağlı suallar açıq qalır. Belə ki, kənd təsərrüfatı sektoruna mövsümi işçilər kimi gedən mühacirlər ölkəyə buraxılacaq.

“Sui-istifadə”

Trump deyib ki, fərman Birləşmiş Ştatlara müvəqqəti daxil olmaq istəyənlərə aid olunmayacq və bu müddət ilkin 60 gündən sonra da uzadıla bilər.

Bu, respublikaçı prezidentin immiqrasiyaya qarşı sonuncu tədbiridir. 2016-cı ildə prezident seçilməsində bu məsələnin rolu olduğu düşünülür, builki təkrar seçki kampaniyasında da əsas məsələlərdəndir.

Amerika Vətəndaş Azadlıqları Birliyindən Andrea Flores planı pisləyib, deyib ki, görünür, Trump “həyatları xilas etməkdənsə, antimühacir hissləri alovlandırmaqda daha çox maraqlıdır”.

“Prezident Trump-ın pandemiyadan özünün irqçilik və ksenofobiyasını irəli aparmaqdan ötrü sui-istifadəsinə imkan verə bilmərik”, – o deyib.

Prezident öncəki fərmanları ilə mühacirəti məhdudlaşdırmağa çalışır. Milli təhlükəsizlik müşaviri Robert O’Brien deyir ki, immiqrasiyaya müvəqqəti yasaq da digər səyahət qadağalarına oxşar olacaq.

Yanvarında sonuna Birləşmiş Ştatlar Çindən hava səyahətini yasaqlayıb, Dövlət Departamenti isə mühacir vizaları daxil olmaqla bütün viza prosedurlarını dayandırıb.

Məntiqli addım, yoxsa...

O'Brien “Fox News”a deyib ki, administrasiya bu səyahət qadağalarının insanların həyatını xilas etdiyinə inanır.

İmmiqrasiyanın məhdudlaşdırılması tərəfdarı olan NumbersUSA təşkilatının prezidenti Roy Beck bu addımı məntiqli sayır.

“Milyonlarla amerikal işdən kənarlaşdırılıb. Onların nə qədərinin işsiz qalacağı bəlli deyil. Birləşmiş Ştatlar indiki məqamda əcnəbi işçi qəbul etməməlidir”, – o, Twitter-də yazıb.

İşsizliyin artması və digər iqtisadi problemlər Trump-ın seçki kampaniyasına təsir göstərə bilər. O, kampaniyasını pandemiyadan öncəki ABŞ iqtisadiyyatının gücünü vurğulamaq üzərində qurub.

Demokratlar isə prezidenti böhran dövründə siyasi oyun oynamaqda suçlayır.

“Prezident Trump diqqətimizi COVID-19-a ləng reaksiyasından yayındırmağa, günahı immiqrantların üzərinə yıxmağa çalışır”, – Nümayəndələr Palatasından Jerrold Nadler Twitter-də yazıb.

XS
SM
MD
LG