Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Kadyrova baxıb başlarını keçəl qırxdılar


Ramzan Kadyrov Qroznıda xəstəxanada, 20 aprel, 2020-ci il
Ramzan Kadyrov Qroznıda xəstəxanada, 20 aprel, 2020-ci il

Rusiyanın Çeçenistan Şimali Qafqaz regionunda məmurlar regionun avtoritar lideri Ramzan Kadyrov-dan nümunə götürərək başlarını keçəl qırxdırıblar. Kadyrov koronovirus pandemiyasına görə bərbərxanalar bağlandığından belə bir addım atıb.

Kadyrov-un aprelin 21-də Instagram-da yerləşdirdiyi videoda saçının dibindən qırxıldığı görünür.

“Hamıya saçını qırxdırmağı tövsiyə edirəm, çünki gözəllik salonları bağlanıb, evlərdə də bərbər yoxdur... Əcdadlarımız belə ediblər, Məhəmməd peyğəmbər də çərşənbə axşamından çərşənbə gününə keçən gecə belə edib”, – Kadyrov videoda deyir.

Bir gün öncə, koronovirusla mübarizə qrupunun iclasında yerli sakinlərdən biri Kadyrov-dan bərbərxanaları açmasını xahiş edib. Kadyrov isə deyib ki, ən yaxşı çıxış yolu başını qırxdırmaqdır.

Kadyrov-un Instagram-da videosu yayılan kimi bir sıra hökumət məmurları, hüquq-mühafizə əməkdaşları, yerli hakimiyyətin digər təmsilçiləri internetdə fotolar yerləşdiriblər, hamısının saçını qırxdığı görünür.

43 yaşlı Kadyrov Kremlin dəstəyilə 2007-ci ildə Çeçenistanı idarə edir. O, ictimai azadlıqları, vətəndaş hüquqlarını boğur, həm regionda, həm də xaricdə opponentlərini təqib edir.

Kremlin tənqidçilərinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Kadyrov-u bu üsyankar regiona başçı təyin etməklə iki dağıdıcı müharibədən sonra sabitliyin bərqərar olmasında ona bel bağlayıb. Kadyrov da regionu şəxsi subyekti kimi idarə edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG