Keçid linkləri

Təcili xəbərlər
2020, 05 İyul, bazar, Bakı vaxtı 09:02

İran hərbi peyk buraxdığını deyir


Arxiv fotosu

İran İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) aprelin 22-də orbitə hərbi peyk buraxdığını bildirib.

Korpusun “Nur” adlandırdığı peykin buraxılmasını hələlik, müstəqil təsdiqlətmək mümkün olmayıb.

İİKK rəsmi vebsaytında peykin Yer səthindən 425 km-lik orbitə çatdığını bildirir.

Son aylar İranın peyk buraxma cəhdləri bir neçə dəfə uğursuz olub. Dövlət Departamenti və Pentaqon bu hərəkətlərin ölkənin ballistik raket proqramını irəli apardığını bildirir.

Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra ikitərəfli münasibətlər gərginləşib. Üstəlik, bu ilin yanvarında ABŞ dronu İİKK-nın komandirlərindən Qasem Soleimani-ni vurandan sonra regionda gərginlik daha da artıb.

XS
SM
MD
LG