Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:22

Opera müğənnisi etirazlara görə saxlanıb


Vyacheslav Cheldiyev

Rusiyanın Şimali Osetiya regionunda opera müğənnisi Vyacheslav Cheldiyev hökumətə qarşı yürüşləri təhrik etdiyinə görə həbs olunub.

Vəkili Batraz Kulchiyev aprelin 21-də “Current Time TV”yə deyib ki, müğənni barəsindəki iki aylıq həbs qətimkan tədbirinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Daimi olaraq Sankt Peterburqda yaşayan Cheldiyev Şimali osetiyalıları regiondakı koronovirus tədbirlərinə açıq etiraz etməyə, region lideri Vyacheslav Bitarov və hökumətinin istefasını tələb etməyə çağırmışdı.

Sosial şəbəkədə yaydığı videobəyanatda Cheldiyev iddia edirdi ki, Şimali Osetiyadakı hakimiyyət regionda koronavirus təhlükəsini şişirdir və bununla sadə adamlardan “oğurlamağa” çalışırlar. Bu bəyanatdan sonra o, Sankt Peterburqda saxlandı. Koronavirus barədə saxta xəbər yaymaqda ittiham olunaraq həftəsonu Şimali Osetiyaya aparıldı.

Müstəntiqlər deyirlər ki, Şimali Osetiyaya transferi zamanı Cheldiyev bir mühafizəçini sifətindən vurub. Ona əlavə olaraq hüquq-mühafizə işçisinə hücum ittihamı da verilib.

Kulchiyev isə müğənninin ittihamları rədd etdiyini bildirir.

Bir gün qabaq region paytaxtı Vladiqafqazda 2 minədək insan mərkəzi meydana yığışıb, Bitarovun istefasını tələb ediblər. 39 etirazçı saxlanıb.

Yürüş bir neçə saat davam edib, günün sonunda polis tərəfindən yatırdılıb.

Yürüş dağıdılmazdan öncə Bitarov onlarla etirazçı ilə regionda koronovirusun yayılmasını yavaşıtmaq tədbirlərini müzakirə edib.

XS
SM
MD
LG