Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

ABŞ Belarusa səfir göndərir


Julie Fisher

Birləşmiş Ştatlar son on ildə ilk dəfə olaraq Belarusa səfir təyin olunacaq şəxsin adını çəkib.

Prezident Donald Trump aprelin 20-də deyib ki, Dövlət Departamentinin Avropa üzrə rəsmisi Julie Fisher-in səfir postuna namizədliyini vermək niyyətindədir.

Fisher daha öncə NATO-da çalışıb, Rusiya, Gürcüstan, Ukraynada xidmət edib. Bu təyinatı Senat təsdiqləməlidir, amma ölkə koronovirusla mübarizə apardığından dinləmələrin nə vaxt keçiriləcəyi bəlli deyil.

Birləşmiş Ştatlar 2008-ci ildə Minskdəki səfirini geri çağırıb. O zaman avtoritar prezident Alyaksandr Lukashenka ölkədəki ABŞ diplomatik heyətinin ixtisar olunmasına göstəriş vermişdi.

2006-cı ildə Belarusda prezident seçkiləri dönəmində insan haqları pozuntularına cavab olaraq Vaşinqton Minskə sanksiyalar tətbiq edib. O vaxtdan hər iki ölkənin səfirlikləri müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunub.

Dövlət katibi Mike Pompeo fevralda Minskdə Lukashenka ilə görüşündə deyib ki, ABŞ bu ölkəylə münasibətləri sıxlaşdırmaq istəyir. 1994-cü ildən bəri ilk dəfəydi ABŞ-ın baş diplomatı Belarusa səfər edirdi.

Bu arada Minsk qonşusu Rusiyadan siyasi və iqtisadi asılılığı Qərblə daha sıx münasibətlərlə balanslaşdırmağa çalışır.

XS
SM
MD
LG