Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 05:16

Avtomobil satışı 55 faiz azalıb


Moskvada avtomobil zavodu, arxiv fotosu

Koronavirus böhranıyla mübarizəyə 1,5 trilyon avro lazımdır

Avropanın avtomobil satışı ötən ay koronovirus pandemiyası ucbatından 55 faiz azalıb. Bu açıqlamanı ötən həftə sözügedən sənayenin ticarət birliyi verib.

Ötən ay 567 min 308yeni avtomobil qeydiyyatdan keçirilib. Halbuki ötən ilin eyni ayında bu rəqəm 1,2 milyondan artıq idi, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) bildirir.

Məlumatda martda AB-nin 27 bazarının hamısında azalma olduğu, ən böyük ziyanı isə İtaliyanın çəkdiyi vurğulanır. İtaliyada qeydiyyat 85,4 faiz azalaraq 28 min 326 yeni avtomobil olub.

Fransada 72,2, İspaniyada isə 69,3 faiz azalma qeydə alınıb.

Almaniyada satış 37,7 faiz azalıb.

Ümumilikdə ilin ilk üç ayı ərzində isə satış 25,6 faiz azalıb, 2,48 milyon yeni avtomobil qeydiyyatdan keçirilib.

Avtomobil istehsalçılarının hamısı ziyan görüb. Ən böyük ziyan isə Fiat Chrysler şirkətinə dəyib – 76,6 faiz. Çünki bu şirkətin əsas bazarı İtaliyadır.

VW Group Avropada satış üzrə öndə gedən avtomobil istehsalçısıdır, ilin ilk rübündə bazar payı 26,6 faizə yüksəlib, 660 mindən çox avtomobil satıb.

1,5 trilyon avro

Koronavirus böhranıyla mübarizədən ötrü 1,5 trilyon avro (1,63 trilyon dollar) yardım lazım ola bilər. Bu açıqlamanı Avropa Birliyinin İqtisadiyyat komissarı Paolo Gentiloni Almaniyanın “Der Spiegel” dərgisinə deyib.

“Avroqrup səhiyyə, qısamüddətli iş, kiçik və ortaölçülü şirkətlərə 500 milyard avrodan artıq məbləğdə yardım təklifləri hazırlayıb. Azı bir trilyon avro çatışmır. Bu, hazırda bizə gərəkən təxmini məbləğdir”, – o bildirib.

Komissarın sözlərinə görə, vəsait AB-nin gələnilki büdcəsi hesabına kompensasiya oluna bilər.

XS
SM
MD
LG