Keçid linkləri

Təcili xəbərlər
2020, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:29

Taliban daha 20 əsgəri buraxdığını deyir


Arxiv fotosu

Taliban silahlı qruplaşması əsirliyində olan əfqan təhlükəsizlik əməkdaşlarının ikinci qrupunu azadlığa buraxdığını deyir.

Qruplaşmanın sözçüsü Suhail Shaheen aprelin 16-da Twitter-də yazıb ki, həmin gün şərqi Lağman vilayətində 20 əfqan əsgər və polis əməkdaşı azad olunub.

Məhbusların Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinə verildiyi bildirilir. Amma nə komitə, nə də Əfqanıstan hökuməti bu məsələni təsdiqləyib.

Təsdiqlənsə, bu, qruplaşmanın 40-dək məhbusu azad etməsi demək olacaq.

Məhbus mübadiləsi tərəflərin sülh danışıqlarının başlaması üçün əsas şərt sayılır.

Aprelin 12-də Qəndəharda 20 əfqan əsgər buraxılmışdı.

Kabil hökuməti isə aprelin 8-dən bəri 300 talibançı məhbusu azad edib.

Fevralın 29-da Qətərin paytaxtı Dohada Birləşmiş Ştatlarla Taliban arasında imzalanmış razılaşmada hökumətin 5 min talibançını, Talibanın isə min əfqan əsgər və mülki işçini azadlığa buraxması nəzərdə tutulub. Bu, rəsmi sülh danışıqları öncəsi inamyaratma addımı hesab olunur.

XS
SM
MD
LG