Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:59

Kiyev və separatçılar əsir dəyişiblər


Məhbus mübadiləsi başlanıb
Məhbus mübadiləsi başlanıb

Ukrayna və bu ölkədə Rusiyanın dəstəklədiyi separatçılar Pravoslav Pasxası ərəfəsində 34 əsiri dəyişiblər.

Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin administrasiyası aprelin 16-da bildirib ki, separatçıların saxladığı 20 ukraynalı Kiyevə qaytarılıb.

Separatçılar onlara 14 nəfərin qaytarıldığını deyiblər.

Üçtərəfli Təmas Qrupuna daxil Ukrayna və Rusiya ötən həftə bildirmişdilər ki, bu il aprelin 19-a düşən Pasxadan əvvəl əsirlərin dəyişdirilməsini həyata keçirəcəklər.

ATƏT-in Ukraynadakı ofisinin xüsusi nümayəndəsi Heidi Grau bildirib ki, bu dəyiş-düyüş tərəflər arasında qarşılıqlı etimadın artmasına xidmət edəcək.

Ukrayna və Rusiya arasında münasibətlər moskvayönlü prezident Viktor Yanukovych 2014-cü ildə etirazlar nəticəsində devrildikdən sonra pisləşməyə başlamışdı.

Bunun ardınca Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və az sonra Ukraynanın şərqində separatçı hərəkatı qızışdırıb.

Donbas uğrunda indiyədək davam edən həmin müharibədə 13,200 nəfər ölüb.

Ötən il prezident seçilmiş Zelenskiy ölkənin şərqindəki Donetsk və Luhansk vilayətlərində davam edən müharibəni dayandıraçağını vəd etmişdi.

Zelensky hakimiyyətə gələndən bəri Moskva və Kiyev arasında iki əsir dəyişdirilməsi olub.

Ötən sentyabrda Rusiya və Ukrayna ümumilikdə 35 əsiri dəyişmişdilər.

Dekabrda isə Kiyev separatçılara 124 məhbus qaytarmış, onlar hökumətə 76 ukraynalını təhvil vermişdilər.

Bu əsir dəyiş-düyüşündən əvvəl BMT-nin baş katibi Antonio Guterres bütün dünya boyunca münaqişələrin iştirakçısı olan tərəfləri koronavirus pandemiyası ilə bağlı hərbi əməliyyatları dayandırmağa çağırmışdı.

***

Ukrayna hökuməti ilə ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar yeni məhbus mübadiləsinə başlayıblar.

Prezidenti Volodymyr Zelenskiy administrasiyası aprelin 16-da Facebook-da yazıb ki, separatçıların nəzarətində olan 19 ukraynalı Kiyevə qaytarılır.

Rusiya xəbər agentlikləri mübadilənin Donetsk regionundakı Horlivka şəhəri yaxınlığında gerçəkləşdiyini yazırlar.

Ukrayna tərəfin separatçılara neçə nəfəri təhvil verəcəyi bəlli deyil.

Üçtərəfli Kontakt Qrupunda Ukrayna və Rusiya tərəfləri aprelin 8-də demişdilər ki, aprelin 19-dək Pravoslav Pasxası öncəsi məhbus dəyişəcəklər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək şərqdəki separatçıları dəstəkləməyə başlayıb. İndiyədək Donbas regionunda müharibədə 13 min 200 nəfərin öldüyü bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG