Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 12:27

Əfqan məhbusların buraxılması sülhə doğru ‘vacib addımdır’


Əfqanıstanda divar rəsmi

ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad bu ölkənin hökumətilə Taliban arasında məhbus mübadiləsini sülhə doğru “vacib addım” adlandırıb.

“Hər iki tərəf ABŞ-Taliban razılaşmasındakı hədəflərə çatılması cəhdlərini sürətləndirməlidir”, – Khalilzad aprelin 13-də Twitter-də yazıb. O, koronovirus pandemiyasının yayıldığı indiki məqamda həbsxanaların boşaldılması baxımından bu mübadilənin xüsusilə vacib olduğunu vurğulayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, aprelin 12-də Taliban ölkənin cənubundakı Qəndəhar vilayətində 20 əfqan məhbusu azad edib.

Bundan öncə hökumət 100 talibançını azadlığa buraxıb. Aprelin 8-dən bəri 300-dək talibançı azad olunub.

Fevralın 29-da Qətərin paytaxtı Dohada Birləşmiş Ştatlarla Taliban arasında imzalanmış razılaşmada hökumətin 5 min talibançını, Talibanın isə min əfqan əsgər və mülki işçini azadlığa buraxması nəzərdə tutulub. Bu, rəsmi sülh danışıqları öncəsi inamyaratma addımı hesab olunur.

XS
SM
MD
LG