Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

OPEC+ hasilatın azaldılması planını təqdim edir


Arxiv fotosu
Arxiv fotosu

OPEC, Rusiya və digər neft hasil edən ölkələr hasilatın azaldılması üzrə plan hazırlayıblar. Məqsəd koronovirus pandemiyasının silkələdəyi qlobal neft bazarını sabitləşdirməkdir.

OPEC+ adıyla tanınan qrup aprelin 9-da doqquz saatlıq danışıqlardan sonra bildirib ki, planda may və iyun aylarında hasilatı 20 faizdən artıq – günə 10 milyon kəsməyi nəzərdə tutulur.

Qrup üzvləri qiymətləri qaldırmaq üçün Birləşmiş Ştatlar və digər hasilatçıların da bu təşəbbüsə qoşulacağnı gözlədiklərini deyiblər. Təşkilat son razılaşmanın Meksikadan asılı olduğunu bildirir, o, hələlik hasilatı azaltmağa razılaşmayıb.

Aprelin 10-da böyük iqtisadiyyatların Böyük 20-lik qrupunun enerji nazirlərinin əlavə danışıqlar aparacağı gözlənir.

Bəzi neft sənayesi rəsmilərinin sözlərinə görə, hətta hasilatı günə 10 milyon barrel azaltmaq qərarı belə bazarı sabitləşdirməyə bəs etməyəcək. Çünki hazırkı təchizat bir neçə həftəyə dünyadakı anbarları ağzınacan doldurmalıdır.

Günə əlavə 5 milyon barrel azalma

OPEC+ dünyanın ən böyük neft hasilatçısı olan Birləşmiş Ştatlar daxil olmaqla digər neft istehsalçılarından günə əlavə olaraq 5 milyon barrel azalma gözləyir.

Rusiyanın sərvət fondunun başçısı, Moskvanın danışıqlarda əsas təmsilçilərindən olan Kirill Dmitriev deyib ki, digər hasilatçıların G20-nin toplantısında OPEC+ klubuna qoşulacağını gözləyirlər.

Amma Birləşmiş Ştatlar qiymətlərin qaldırılması üçün hasilatın azaldılmasına könülsüz yanaşıb. Bir çox hasilatçıların fikrincə, məcburi ixtisar ABŞ-ın antiinhisar qanunlarının pozulması demək olar.

Bir barrel Brent neftinin qiyməti yanvarda 66 dollar idi, indi isə 31 dollara düşüb. Səbəb koronovirus pandemiyasına görə iqtisadi fəaliyyətdə kəskin azalma, eyni zamanda Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi idi. Martın sonunda hər iki ölkə təchizatı artırdığını elan elədi.

Rusiyanın belə bir addım atmasının bir səbəbi də ABŞ-da şist nefti hasilatçılarına zərbə vurmaq idi. Onlara neftin bareli təxminən 50 dollara başa gəlir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG