Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:08

ABŞ fondu Rusiyanın ittihamlarına cavab verir


Glen Howard

Vaşinqtondakı “Jamestown Foundation” qlobal tədqiqat və təhlil fondu bildirir ki, Rusiyanın onu “arzuolunmaz təşkilatlar” siyahısına salması əməliyyatlarına təsir göstərməyəcək.

Fond aprelin 9-da yaydığı bəyanatında onu da qeyd edir ki, sözügedən qərarın onun Şimali Qafqazla bağlı fəaliyyətinə təsiri olmayacaq.

Rusiya Baş Prokurorluğu bu həftənin əvvəlində bildirib ki, “Jamestown” fondunun nəşrlərinin Rusiyanın Şimali Qafqaz daxil olmaqla bəzi regionlarında separatçılığı alovlandırması və təhlükəsizliyə hədə yaratması qənaətinə gəlib. Fondun arzuolunmaz qurumlar siyahısına salınması onun Rusiyadakı fəaliyyətinin qadağan oluna biləcəyindən xəbər verir. 2015-ci ildə qəbul olunmuş qanun Rusiyada dövlət maraqlarına təhdid kimi görünən “arzuolunmaz” təşkilatların qapadılmasına imkan verir.

“Jamestown” fondunun prezidenti Glen Howard isə deyib ki, qurumun Rusiyada nə ofisi var, nə də əməkdaşı.

Fond bəyanatında bildirir ki, Baş Prokurorluq təşkilatın Şimali Qafqazdakı çərkəz etnik qrupuyla bağlı yazdıqlarını misal çəkir. Howard deyib ki, “Jamestown” fondu “çərkəz millətiylə bağlı vacib və təkrarsız təhlili” ilə qürur duyur.

“Jamestown” fondu 1984-cü ildə sovetdən qaçanları dəstəkləmək məqsədilə yaradılıb.

XS
SM
MD
LG