Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Amnesty İranda 30-dan çox məhbusun öldürüldüyünü deyir


İranda həbsxana
İranda həbsxana

Amnesty International hüquq-müdafiə təşkilatı İranın təhlükəsizlik qüvvələrinin həbsxanalardakı qiyamlarda 30-dan artıq məhbusu öldürdüyünü bildirir.

İranın 8-dək həbsxanasında son günlər minlərlə məhbus qiyam qaldırıb, virusa yoluxa biləcəklərini deyiblər. Həbsxana rəsmiləri və təhlükəsizlik qüvvələrinin reaksiyası isə “ölümlə nəticələnib”. Londonda mənzillənən təşkilat aprelin 9-da hesabat yayıb.

Bəyanatda məhbusların yaxınları daxil olmaqla etibarlı mənbələrə istinad olunur, bir neçə təcridxanada etirazçılara qarşı silahdan və gözyaşardıcı qazdan istifadə edildiyi, 35-dək məhbusun öldürüldüyü, yüzlərlə məhbusun xəsarət aldığı bildirilir.

Azı bir həbsxanada etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən döyülüb, çox güman, bir məhbus öldürülüb.

“Müstəqil araşdırma aparılsın”

“Məhbusların COVID-19-dan qorunmaqla bağlı qanuni tələblərinə cavab vermək əvəzinə hakimiyyətin adamları susdurmaqdan ötrü onları öldürməsi ikrah doğurur”, – Amnesty-nin Yaxın Şərq və Şimali Afrika üzrə regional direktor müavini Diana Eltahawy deyib.

Eltahawy “həbsxanada işgəncə və ölüm” hallarının müstəqil araşdırılmasına çağırıb.

İranda 100 minədək məhbus müvəqqəti azadlığa buraxılıb. Səhiyyə rəsmilərinin aprelin 9-da bildirməsinə görə, 66 min 200 nəfərdə virus tapılıb, 4 min 110 nəfər dünyasını dəyişib.

Ekspertlər rəsmi rəqəmlərin dəqiqliyinə şübhəylə yanaşırlar.

Ali dini lideri Ayətulla Ali Khamenei aprelin 9-da deyib ki, virusun yayılmasını önləmək məqsədilə müqəddəs Ramazan ayında kütləvi ibadətlər qadağan oluna bilər.

Prezident Hassan Rohani isə deyib ki, ölkə iqtisadiyyatı bu həftəsonundan işə tədricən başlamalıdır. Bu, ölkədə ikinci infeksiya dalğasının başlana biləcəyi sarıdan əndişələri artırıb.

İran iqtisadiyyatı ABŞ sanksiyaları altında əzilir. ABŞ Prezidenti Donald Trump 2018-ci ildə Tehranla 2015-ci il nüvə sazişindən çıxıb, iqtisadi sanksiyaları bərpa edib.

Ramazan ayı aprelin sonuncu həftəsindən başlanır, may ayı boyunca davam edəcək.

XS
SM
MD
LG