Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 09:24

Koronaviruslu xəstələrin adları yayıldı, saxlanan var


Podqoritsada boş küçələr, 4 aprel, 2020-ci il

Monteneqroda yeni koronavirusa yoluxmuş xəstələrin siyahısını yaymaqda ittiham olunan tibb işçisi saxlanıb.

Hüquq-mühafizə orqanlarının aprelin 8-də verdiyi məlumata görə, həmin şəxs 72 saatlığa saxlanıb, araşdırma gedir.

M.R. kimi təqdim olunan şübhəli Monteneqro paytaxtı Podqoritsada Səhiyyə Mərkəzinin IT şöbəsinin əməkdaşıdır.

O, aprelin 7-də saxlanıb, şəxsi informasiyanı icazəsiz olaraq yığaraq ondan istifadədə etdiyi bildirilir. Həmin şəxsin COVID-19 xəstələri haqda informasiyanı digərləri ilə paylaşdığı iddia olunur.

Aprelin 3-dən sosial şəbəkələrdə 60 xəstənin adı, sosial vəsiqələrinin nömrələri və doğum tarixləri yayılıb.

Hökumət virusa yoluxmuş şəxslərin adlarının yayılmasını “təməl insan haqlarının pozulması” adlandırıb, araşdırma getdiyini bildirib.

Siyahının yayılmasını vətəndaş cəmiyyəti qrupları, müxalifət partiyaları da pisləyib.

630 min əhalisi olan bu ölkədə 248 nəfərin koronavirusa yoluxduğu bildirilir. Onlardan ikisi vəfat edib.

XS
SM
MD
LG