Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

'Ölkədə 2 milyon civarında işsiz var'


İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

İmişli və Sumqayıtda etiraz: Qeydiyyatsız işçilərin tələbləri var

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, ölkədə işsizliyin həddi ilə bağlı baş nazirin dediyi rəqəm gerçəkliyi əks etdirmir. Onun fikrincə, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına zərəri ilə bağlı veriləcək birdəfəlik müavinətə olan maraq da bunun əksini sübut edir: "Hökumət elan edib ki, iki ay ərzində 200 min nəfər işsizə 70 milyon manat birdəfəlik yardım veriləcək. Vətəndaşlar bir neçə gündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bununla bağlı yaratdığı saytı yaylım atəşi altında saxlayırlar. Bu onu göstərir ki, ən azı tələb və real işsizlik bu rəqəmdən bir 10 dəfə çoxdur, yəni, ölkədə 2 milyon nəfər civarında işsiz var. Real işsizlik Azərbaycanda aşağı-yuxarı 30 faizə qədərdir".

N.Əliyev
N.Əliyev

"Onların uçotu aparılmayıb"

"Son günlər yaşananlardan sonra baş nazir çıxıb 4.8 faiz işsizlik səviyyəsindən danışır. Sanki, bütün millətin, ölkənin gördüklərini görüb, nəticə çıxarmırlar".

Bunu isə başqa bir iqtisadçı Nemət Əliyev deyib. Onun sözlərinə görə, baş nazirin söylədiyi rəqəmin reallıqla heç bir əlaqəsi yoxdur: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elan etdi ki, işsizlər 190 manat yardım ala bilməkdən ötrü elektron müraciətlə qeydiyyatdan keçsinlər. Bu zaman həmin elektron sistem çökdü. Böyük ehtimalla çökməyə də səbəb bu oldu ki, həmin sistem hazırlandıqda 200-250 min işsizə hesablanmışdı. Amma ölkədə xüsusilə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimindən sonra işsizlərin və həmin sistemə müraciət edənlərin sayı o dərəcədə sürətlə artdı ki, artıq sistem də buna tab gətirmədi".

N.Əliyev vurğulayıb ki, ölkədə əməkqabiliyyətli əhali 5.2 milyon nəfərə yaxındır: "Onlara "məşğul əhali kateqoriyası" deyirlər, amma nə ilə məşğuldurlar, gəlirləri nə qədərdir, bir kimsə bunu bilmir. Onların uçotu aparılmayıb".

Azərbaycanda rəsmi muzdlu işçilərin sayı isə 1.7 milyondan belə azdır.

Milli Məclis hökumətin hesabatını qəbul edib

Bugün, aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib.

Hesabat səsverməyə çıxarılaraq qəbul edilib. Spiker Sahibə Qafarova bildirib ki, deputatların təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.

Ə.Əsədov
Ə.Əsədov

Baş nazir: 'İşsizlik 4.8 faiz olub'

"Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2.6 faiz təşkil edib".

Bunu baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş nazir bildirib ki, işsizliyin səviyyəsi 4.8 faiz olub: "Dövlət büdcəsinin gəlirləri 24.2 milyard manat, xərcləri isə 24.4 milyard manat təşkil edib. 2019-cu ildə ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb. Xarici borc 9 milyard 91 milyon manat olub. Hesabat ilində xarici ticarət dövriyyəsi 33.1 milyard dollar olub, müsbət saldo 5.8 milyard dollara çatıb".

O qeyd edib ki, məqsəd 2020-ci ildə də qiymət artımını ötən ilki səviyyədə saxlamaqdır.

Baş nazir deyib ki, Azərbaycan prezidentinin apardığı struktur və kadr islahatları Nazirlər Kabinetinin fəaliyyətinə də stimul verməkdədir.

Ə.Əsədova görə, 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb və bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edib.

'Bizi niyə aldadırsız ki, pul veririk?'
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Əli Əsədovun hesabatı dinlənilir

Bugün, aprelin 9-da Milli Məclisin yaz sessiyasının növbəti iclası başlayıb.

Parlament iclasının gündəliyinə 6 məsələ daxil edilib.

Öncə Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi məsələsinə baxılıb. Məsələ müzakirədən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 2015-ci il aprelin 3-də 5 il müddətinə təsdiqləyib. 2015-ci il aprelin 9-da isə dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Hazırda Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir. İclasda baş nazir Əli Əsədovun videohesabatı dinlənilir.

Videohesabatdan sonra səsləndirilən rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndərilməlidir.

Habelə, "Milli Məclis deputatının statusu haqqında", "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi və başqa məsələlər də iclasın gündəliyində durur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG