Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyun, şənbə, Bakı vaxtı 12:39

Pakistanda həkimlərə də xüsusi geyim veriləcək


Həkimlərin etirazı

Pakistan ordusu onlarla həkimə xüsusi qoruyucu geyim veriləcəyini açıqlayıb. Həmin həkimlər koronavirusla mübarizədə onlara tibbi geyim verilməməsinə etiraz etdiklərinə görə qısa müddətə saxlanmışdılar.

47 həkim aprelin 6-da Bəluçistan vilayətinin paytaxtı Kvetada etiraza çıxıblar və saxlanıblar. Vilayətin sözçüsü Liaquat Shahwani onların elə həmin gün azadlığa buraxıldığını deyib.

Ordu aprelin 7-də bəyanatında bildirib ki, Kvetaya tibbi avadanlıq, şəxsi qoruyucu avadanlıq yola salınır.

Saxlanan tibbi işçilərindən bəziləri polisin onlarla pis davrandığını, bəzi həmkarlarının döyüldüyünü deyiblər. Həkimlər təqibdən qorxaraq anonimlik şərtilə danışıblar.

Pakistanda koronavirusa 4 min 4 nəfərin yoluxduğu, 54 nəfərin dünyasını dəyişdiyi bildirilir. Ölənlərdən ikisi həkimdir.

XS
SM
MD
LG