Keçid linkləri

Təcili xəbərlər
2020, 06 İyun, şənbə, Bakı vaxtı 11:31

AB-nin maliyyə nazirləri iqtisadi xilas tədbirlərini müzakirə edəcək


Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen (solda) mətbuat konfransı keçirir, arxiv fotosu

Aprelin 7-də AB-nin maliyyə nazirləri video konfrans keçirərək koronovirus pandemiyasının ən çox yayıldığı Avropa ölkələri üçün iqtisadi xilas planını müzakirə edəcək.

Nazirlər epidemiyanın sosial-iqtisadi təsirlərini azaltmaqda ötrü əlavə fiskal addımlar təklif etmək üçün təzyiq altındadırlar.

Avroqrupun prezidenti, Portuqaliyanın Maliyyə naziri Mario Centeno deyib ki, ortalıqda yarım trilyon avroluq (540 milyard dollar) “təhlükəsizlik şəbəkəsi” var.

Avropa İnvestisiya Bankının biznes likvidliyi üçün zəmanəti və AB-nin işdən çıxarılmaq təhlükəsi ilə üzləşən işçilərin maaşlarını ödəməyə dəstəyi də müzakirə olunacaq.

Ən ziddiyyətli məsələ isə AB ölkələri arasında borcalmanı bir yerə cəmləyəcək “koronabond” buraxmaqdır. İtaliya və İspaniya kimi cənub ölkələri bunu tələb edirlər.

Amma Almaniya, Niderland, Avstriya və Finlandiya belə bir borcalma ideyasını rədd edir. Onlar sonucda bunun bütün suveren borcların paylaşılması ilə nəticələnə biləcəyindən ehtiyatlanırlar.

Avropa Mərkəzi Bankı artıq avrozonada hökumət və şirkət borclarını almağa 740 milyard avroluq (812 milyard dollar) proqram elan edib. Avropa Komissiyası isə dövlətlərə yardım və büdcə qaydalarını yüngülləşdirib.

XS
SM
MD
LG