Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:59

Macron-dan İrana çağırış


Emmanuel Macron (solda) və Hassan Rohani, arxiv fotosu

Fransa Prezidenti Emmanuel Macron dünyanın diqqəti koronavirus pandemiyasına yönəldiyi bir vaxtda İranı nüvə öhdəliklərinə hörmətlə yanaşmağa çağırıb.

Macron aprelin 6-da iranlı həmkarı Hassan Rohani ilə telefon söhbətində deyib ki, beynəlxalq ictimaiyyət virusun yayılmasını önləmək üçün bir araya gəlməlidir.

Macron ümid edir ki, İran “nüvə öhdəliklərinə sayqı ilə yanaşacaq, nüvə sazişinə zidd yeni addımlardan çəkinəcək və regional gərginliyin azalmasına töhfəsini verəcək”, – hökumətin bəyanatında deyilir.

Rohani administrasiyasının məlumatına görə, İran prezidenti yeni koronavirusla beynəlxalq səviyyədə koordinasiya olunmuş mübarizəyə səsləyib, dəstək istəyib.

“Birgə qlobal əməkdaşlıq olmadan, təcrübə mübadiləsi aparmadan bu kritik dönəmi üstələyə bilmərik”, – Rohani vurğulayıb.

Aprelin 6-da Human Rights Watch (HRW) insan haqları təşkilatı Birləşmiş Ştatları İrana iqtisadi sanksiyaları yüngülləşdirməyə çağırıb.

ABŞ Prezidenti Donald Trump İrana humanitar yardım təklif eləsə də, İran rəsmiləri bunu rədd edib.

İranda koronavirusa 60 mindən çox adamın yoluxduğu, 3 min 700-dən çoxunun öldüyü bildirilir. Tənqidçilər real rəqəmlərin daha yüksək olduğunu deyirlər.

XS
SM
MD
LG