Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 13:43

Rusiya Kalininqrada sərnişin qatarlarının hərəkətini dayandırır


Kalininqrad, 1 aprel, 2020-ci il

Rusiya koronovirusla mübarizə çərçivəsində iki böyük şəhəri ilə Kalininqrad Baltik anklavı arasında sərnişin qatarlarının hərəkətini dayandırır. Dövlət mediasının yazmasına görə, dövlətə məxsus Rusiya Dəmir Yolları aprelin 6-dan Moskva və Sankt Peterburqdan Kalininqrada xidməti dayandırır. Anklavdan Rusiya ərazisinə qatarların fəaliyyəti də müvəqqəti dayandırılır.

Belə qatar səyahəti uyğun olaraq 20 və 26 saat çəkir, Belarus və Litvadan keçir.

Rusiya Dəmir Yolları xidmətin nə vaxt bərpa olunacağını açıqlamayıb.

Polşa və Litva arasında yerləşən Kalininqradın Baltik dənizinə çıxışı var.

Rusiya bir sıra digər ölkələr kimi koronovirusun yayılmasını önləmək məqsədilə səyahət qadağaları tətbiq edir, beynəlxlq uçuşları dayandırıb.

Aprelin 5-nə olan məlumata görə, Rusiyada təsdiqlənmiş yoluxma halları bir günə 658 nəfər artaraq 5 min 389-a çatıb. İndiyədək ölkədə cəmi 45 nəfərin virusdan öldüyü bildirilir.

XS
SM
MD
LG