Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 13:57

Dünya Bankı 1,9 milyard dollar ayırır


David Malpass

Dünya Bankı inkişaf etməkdə olan 25 ölkənin koronavirusla mübarizəsini dəstəkləmək məqsədilə 1,9 milyard dollar ayırır.

Aprelin 2-də açıqlanan yardımdan Pakistana 200 milyon, Əfqanıstana 100 milyon, Qırğızıstana 12,5 milyon, Tacikistana 11,3 milyon dollar çatacaq.

Dünya Bankının Prezidenti David Malpass bəyanatında deyib ki, gələn 15 ay ərzində yardım kimi 160 milyard dollar ayrıla bilər.

“İnkişaf etməkdə olan ölkələrin COVID-19 pandemiyasına reaksiya vermək, iqtisadi və sosial bərpa müddətini qısaltmaq qabiliyyətini gücləndirməyə çalışırıq”, – Malpass deyib.

Onun sözlərinə görə, pandemiyadan ən çox ən yoxsul və həssas ölkələr əziyyət çəkəcək.

Bank rəsmiləri deyirlər ki, fövqəladə yardıma vacib tibbi ləvazimatlar sayılan maska və süni nəfəs aparatlarının alınması daxildir.

25 ölkənin ardınca daha 40 ölkəyə yardım göstəriləcək.

XS
SM
MD
LG