Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Koronavirus dünyaya 4 trilyon dollara başa gələ bilər


Pekində kələm boşaldılır, arxiv fotosu
Pekində kələm boşaldılır, arxiv fotosu

Koronavirus epidemiyası dünya iqtisadiyyatına 4,1 trilyon dollarlıq ziyan vura bilər. Bu xəbərdarlıqla Asiya İnkişaf Bankı (AİB) bu gün – aprelin 3-də çıxış edib.

Bu dəyərləndirmə dünyada hasilatın təxminən 5 faizinə yaxındır, amma bank “əsrin ən pis pandemiyası”nın itkilərinin daha yüksək ola biləcəyini də bildirir.

“Bu proqnozlaşdırılan təsir daha az ola bilər, çünki mümkün sosial və maliyyə böhranları, səhiyyə və təhsilə uzunmüddətli təsirlər bu təhlilə daxil deyil”, – AİB vurğulayır.

Maniladan mənzillənən bank bildirir ki, epidemiyanın qarşısı daha qısa müddətə alınarsa, itkilər 2 trilyon dollar salına bilər.

Böhran səhm bazarlarında təlatüm yaradıb, treyderlər dünya iqtisadiyyatına uzunmüddətli təsirdən narahatdırlar. Hökumətlər və mərkəzi banklar isə 5 trilyon dollardan artıq stimul paketləri təklif edirlər.

Artıq dünyada COVID-19-a yoluxma halları bir milyon dolları keçib, onminlərlə adam dünyasını dəyişib, xəstəliyin sürətlə yayılması nəticəsində rəqəmlərin şişəcəyi ilə bağlı xəbərdarlıqlar edilir.

Asiyada 2,2 faiz artım proqnozlaşdırılır

Dünyada milyardlarla insan karantin şəraitində yaşayır, iqtisadiyyatlarda durğunluq yaşanır. AİB Asiyada bu il 2,2 faiz artım olacağını proqnozlaşdırır, 1998-ci ildə Asiyada maliyyə böhranı zamanı 1,7 faizlik artım qeydə alınmışdı.

“Heç kəs COVID-19 pandemiyasının nə dərəcədə yayılacağını deyə bilməz, onun qarşısının alınması isə proqnozlaşdırıldığından daha uzun çəkə bilər”, – AİB-in baş iqtisadçısı Yasuyuki Sawada söyləyib.

“Kəskin maliyyə çaxnaşması və maliyyə böhranlarının mümkünlüyü gözardı olunmamalıdır”, – o əlavə edib.

İlkin proqnozlara görə, koronavirus epidemiyasının qarşısı bu il alınacaq və 2021-ci ildən normal səviyyəyə qayıdacaq.

Amma “Frans Pres” yazır ki, xəstəliyin əlavə olaraq baş qaldırması potensialı da qalır və pandemiyanın sərtliyi hələ qeyri-müəyyəndir.

“Nəticələr proqnozdan daha pis ola, artım sürətlə bərpa olunmaya bilər”, – bank vurğulayır.

AİB-in proqnozuna görə, regionun ən böyük iqtisadiyyatı olan Çində bu il artım ötənilki 6,1 faizdən 2,3 faizə düşə, 2021-ci ildə normallaşa bilər.

AİB Çinin ÜDM-sinin 5 faizə yaxınının, yaxud 628 milyard dolların itirilə biləcəyini qeyd edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG