Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:13

80 yaşlı britaniyalı ölkəsinə qayıdıb


Kamal Foroughi

Doqquz il öncə İranda həbs olunmuş 80 yaşlı iranlı Britaniya vətəndaşı Kamal Foroughi ölkəsinə qayıdıb. Məlumatı Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Foroughi 2011-ci ildə həbs olunandan biznes konsultantı kimi çalışırdı, casusluq və alkoqol saxlamaqda təqsirli bilinib.

“Kamal Foroughi-nin Britaniyaya qayıdaraq ailəsinə təkrar qovuşmasından məmnunam”, – Xarici işlər naziri Dominic Raab bəyanatında deyib.

Foroughi 2018-ci ilin sonunda Tehranda həbsdən azad edilib, ancaq İran pasportu yeniləndiyindən Britaniyaya qayıda bilmirdi.

Ailəsi ona qarşı ittihamları rədd edirdi.

İran iki həftə öncə koronovirus pandemiyasına görə siyasilər də daxil olmaqla məhbusları azad edəcəyini bildirmişdi.

XS
SM
MD
LG