Keçid linkləri

Təcili xəbərlər
2020, 03 İyun, çərşənbə, Bakı vaxtı 06:41

Koronovirus infeksiyaları ‘sürətlə’ arta bilər


Tedros Adhanom Ghebreyesus

Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri koronavirus pandemiyasının “sürətlə və qlobal səviyyədə yayılması”ndan dərin narahatlıq ifadə edib.

“Son bir neçə həftədə yeni yoluxmaların sayında sürətli artım baş verib və son həftədə ölüm hallarının sayı iki dəfədən çox artıb”, – DST Baş direktoru Tedros Adhanom Ghebreyesus aprelin 1-də deyib.

Onun sözlərinə görə, bir neçə günə dünyada 1 milyon təsdiqlənmiş yoluxma, 50 min ölüm qeydə alına bilər.

ABŞ-da mənzillənən Johns Hopkins Universiteti artıq koronavirusdan 937 min yoluxma, 47 min ölüm halının qeydə alındığını bildirir.

Tedros hökumətləri böhran dövründə həssas qrupların ərzaq və digər əsas məhsullara çıxışını təmin etməyə çağırıb.

Dünyanın sənayeləşmiş ölkələri bu arada bizneslərə və işçilərə dəstək məqsədilə bir neçə milyard dollarlıq paketlər açıqlayırlar.

XS
SM
MD
LG