Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

Azı 8 dinc əfqan öldürülüb


Arxiv fotosu

Əfqanıstanın cənubundakı Helmand vilayətində yol kənarına qoyulmuş bomba partladılıb, çoxu uşaqlar olmaqla azı 8 dinc sakin ölüb.

Vilayət valisinin sözçüsü Omar Zwak deyib ki, partlayış baş verərkən adamlar mikroavtobusda gedirmişlər.

Ölənlərin hamısı bir ailənin üzvü, altısı uşaq olub.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, amma bu vilayətdə Taliban və İsmal dövləti qruplaşması fəaldır.

Hökumət qüvvələri vilayətdə yalnız paytaxta və beş digər rayona nəzarət edir. Qalan ərazi Talibanın əlindədir.

2009-cu ildən bəri bu ölkədə 100 mindən çox dinc sakin həyatını itirib. Bu statistikanı BMT-nin Əfqanıstana Yardım Missiyası toplayır.

Vaşinqton ötən ay Talibanla saziş imzalayıb. Sənəddə beynəlxalq hərbçilərin Əfqanıstandan çıxarılması, əfqandaxili sülh danışıqların başlanması nəzərdə tutulur.

XS
SM
MD
LG