Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:13

Koronavirusa görə iki nazir işdən çıxarılır


Bişkek, 31 mart, 2020-ci il

Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov Baş nazirin müavini Altynai Omurbekova və Səhiyyə naziri Kosmosbek Cholponbaev-i koronavirus epidemiyasına adekvat reaksiya verə bilmədiyinə görə işdən çıxarıb.

Jeenbekov bundan öncə rəsmilərin epidemiyayla mübarizə cəhdlərini sərt tənqid etmişdi. İndiyədək bu ölkədə koronavirusa 111 nəfərin yoluxduğu rəsmən açıqlanıb.

Prezident yoluxma sayının “yetərincə qabaqlayıcı tədriblərin görülməməsi”nin nəticəsi olduğunu deyib.

Qazaxıstanda isə koronavirusdan üçüncü ölüm halı açıqlanıb.

Səhiyyə Nazirliyi aprelin 1-də yoluxma hallarının 369-a çatdığını bildirib.

Özbəkistanda isə şərqi Qoqon şəhərində koronavirus haqda saxta informasiya yaymaqda şübhəli bilinən bir yerli deputata cinayət işi açılıb.

Aprelin 1-dək Özbəkistanda virusa 173 nəfər yoluxub, onlardan ikisi vəfat edib.

Tacikistan və Türkmənistanda isə yoluxma halları barədə informasiya açıqlanmayıb.

XS
SM
MD
LG