Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:02

Özbəkistan aeroportlarını bağlayır


Özbəkistan vətəndaşları Domodedovo aeroportunda, arxiv fotosu

32 milyon əhalisi olan Özbəkistan koronovirus epidemiyasının yayılmasını önləmək məqsədilə aeroportlarının fəaliyyətini dayandırıb.

Xarici İşlər Nazirliyi bildirir ki, aeroportlar martın 30-dan aprelin 20-dək bağlı qalacaq.

Xüsusi hökumət komissiyası ölkənin şəhərləri arasında xüsusi icazə olmadan nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Bu məhdudiyyət də aprelin 20-dək qüvvədədir.

Martın 30-dək Özbəkistanda 145 yoluxma, iki ölüm halı qeydə alınıb.

Qonşu Qırğızıstanda isə Daxili İşlər Nazirliyi polisin komendant saatını pozan 1087 nəfərin saxladığını bildirir. Beş gün qabaq qüvvəyə minmiş komendant saatına görə axşam 8-dən səhər 7-dək fərdlərin və nəqliyyatın hərəkəti qadağandır.

Qırğızıstanda koronavirusa 84 nəfər yoluxub.

Qazaxıstanda 294 nəfər yoluxub, bir nəfər ölüb.

Tacikistan və Türkmənistana isə koronavirusa heç bir yoluxmanın aşkarlanmadığı bildirilir.

XS
SM
MD
LG