Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:24

Krzysztof Penderecki dünyasını dəyişib


Krzysztof Penderecki

Dünyanın tanınmış klassik musiqi bəstəçilərindən olan Krzysztof Penderecki uzun sürən ağır xəstəlikdən 86 yaşında dünyasını dəyişib. Radio Krakow məlumatı onun ailəsinə istinadla yayıb.

“Gazeta Krakowska” qəzetinin yazmasına görə, bir neçə mükafat almış dirijor Krakovdakı evində dünyasını dəyişib.

“Bu gün Polşa mədəniyyətinə böyük və yeri dolmayacaq itki üz verib… Böyük polşalı müasir bəstəkar dünyasını dəyişib. Onun musiqisi Yaponiyadan tutmuş Birləşmiş Ştatlaradək bir sıra ölkələrdə ifa olunurdu”, – Mədəni İrs Naziri Piotr Glinski sosial mediada yazıb.

Penderecki-nin əsərlərindən bəzi Hollivud filmlərində də istifadə olunub.

Peşəkar skripka ustası olan bəstəkar vətənində gənc musiqiçilər üçün mərkəz açıb, onlara dünyanın tanınmış musiqiçilərindən dərs almaq, onlarla birlikdə ifa etmək şansı yaratmışdı.

XS
SM
MD
LG