Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 13:58

Orbanın səlahiyyəti genişləndirilə bilər


Viktor Orban

Macarıstanın Baş nazir Viktor Orbanın səlahiyyətləri genişləndirilə bilər. Onun hakim Fidesz partiyasının nəzarət etdiyi qanunverici orqan fövqəladə vəziyyətdə baş nazirin səlahiyyətinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarmalıdır.

Hakim partiya parlamentdə üçdə iki səs çoxluğuna malikdir. Getdikcə avtoritarlaşan Orban martın 30-da təkbaşına qərar vermək səlahiyyəti əldə edə, hökuməti parlamentin təsdiqi olmadan belə fövqəladə vəziyyəti uzada bilər.

Martın 29-da Macarıstanın dörd vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən Helsinki Komitəsi insan haqları qrupu hökuməti layihəyə dəyişiklik etməyə, bu səlahiyyət müddətinin bitməsilə bağlı maddə əlavə etməyə çağırıb. Əks halda, onların fikrincə, Orban hökuməti “məhdudiyyətsiz mandat” əldə edəcək.

Macarıstanın 10 milyona yaxın əhalisi var. Son illər 56 yaşlı millətçi Orban ölkədə məhkəmələrin və medianın müstəqilliyini məhdudlaşdırmaqla hakimiyyətini gücləndirib. O, qeyri-hökumət təşkilatının də fəaliyyətini məhdudlaşdırıb. NATO və AB üzvü olan ölkə bu hərəkətlərə görə tənqid olunur.

XS
SM
MD
LG