Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Koronavirus xəbərləri – ABŞ, Rusiya, Çexiya…


Nyu York, 27 mart, 2020-ci il
Nyu York, 27 mart, 2020-ci il

ABŞ Prezidenti Donald Trump sakinlərin evdə qalması qaydalarını müddətini aprelin sonunadək uzadıb. Məqsəd yüksək səviyyədə yoluxucu COVID-19 pandemiyasının yayılmasını önləməkdir.

Dünyada bu xəstəlikdən 34 minədək insan vəfat edib.

Martın 29-da Vaşinqtonda keçirdiyi brifinqdə Trump deyib ki, Birləşmiş Ştatlarda koronavirusdan ölüm səviyyəsi pik həddə “iki həftəyə çatacaq”.

“Ondan sonra ümid edirik ki, əsaslı şəkildə azalmağa başlayacaq”, – o vurğulayıb.

ABŞ-da COVID-19-a 140 mindən çox insan yoluxub. Ölənlərin sayı 2 min 500-ə yaxınlaşır.

100 min – 200 min nəfər ölə bilər

Trump hamının qaydaları ciddi şəkildə əməl etməsinin vacib olduğunu deyib. O, sakinləri yalnız çox vacib hallarda, ərzaq, yaxud dərman almağa evdən çıxmağa çağırıb.

Daha öncə hökumətin yoluxucu xəstəliklər üzrə baş eksperti xəbərdarlıq edib ki, koronovirusdan ölüm halları 200 minə çata bilər.

Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Dr. Anthony Fauci martın 29-da CNN-ə müsahibəsində deyib ki, Birləşmiş Ştatlarda pandemiyadan 100 min-200 min nəfər ölə, milyonlarla şəxs yoluxa bilər.

1918-19-cu illərdə ABŞ-da qrup pandemiyasından 675 min nəfər vəfat edib, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bildirir.

Dünyada 34 min ölümün yarıya qədəri İtaliya və İspaniyanın payına düşür.

İtaliya hökuməti martın 29-da bildirib ki, ölkə boyunca karantin “çox çəkəcək”. Dünyanın ən zəngin ölkələrindən sayılan İtaliyada koronovirusa 97 mindən çox insan yoluxub,onlardan 10 min nəfəri ölüb.

Rusiya sərhədləri bağlayır

Dünyanın bir sıra ölkələri məhdudiyyətləri sərtləşdirir. Rusiya martın 30-dan sərhədlərini bağladığını elan edib. Moskvanın 12 milyon sakininə evdən çıxmamaq tövsiyə olunur.

Rusiya Pravoslav Kilsəsinin başçısı dindarları kilsələrə getməməyə, evdə ibadət etməyə çağırıb.

Rusiyada 1500 yoluxma, 8 ölüm halı qeydə alınıb.

Ukrayna parlamenti martın 30-da xüsusi iclas keçirərək Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir sıra digər maliyyə qurumlarının ayırdığı milyardlarla dollarlıq kredit və yardımın xərclənməsini müzakirə edəcək.

Martın 29-na olan məlumata görə, Çexiyada 2 min 743 yoluxma, 16 ölüm halı qeydə alınıb, 11 nəfər sağalıb. https://onemocneni-aktualne.mzcr.cz/covid-19

Baş nazir Andrej Babis martın 27-də deyib ki, hökumətin fövqəladə vəziyyəti daha 30 günlüyə uzadacağını gözləyir. Mövcud sərəncam aprelin 11-də bitir. Fövqəladə vəziyyətin uzadılmasını parlament təsdiqləməlidir.

COVID-19 Çində peyda olub, Dünya Səhiyyə Təşkilatına ilk yoluxma haqda dekabrın 31-də məlumat verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG