Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

Əfqanıstanda minlərlə məhbus azad olunur


Heratda həbsxana

Əfqanıstan Prezidenti Ashraf Ghani koronavirusun yayılmasınını önləmək məqsədilə 10 minədək məhbusun azadlığa buraxılması göstərişi verib. Bu fərman daha çox qadınları, gəncləri, ağır xəstələri və yaşı 55-dən yuxarı məhbusları əhatələyir.

Baş prokuror Farid Hamidi martın 26-da Kabildə mətbuat konfransında deyib ki, sözügedən addım “xalqın səhhətini qorumaq üçün məsuliyyətli qərardır”.

Bu arada Əfqanıstan hökuməti Taliban silahlı qruplaşması ilə məhbus mübadiləsi ilə bağlı danışıqlar aparır. Məqsəd ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarından öncə inam yaratmaqdır.

Əfqanıstanda koronavirusa 90 yoluxma, iki ölüm halı açıqlanıb. Amma real rəqəmlər bundan qat-qat yüksək ola bilər. Belə ki, ölkəboyunca testlərin aparılmasına çalışılır, pandemiyanın çox yayıldığı qonşu İrandan da əfqanlar axışıb gəlməkdədir.

XS
SM
MD
LG