Keçid linkləri

Təcili xəbərlər
2020, 29 May, Cümə, Bakı vaxtı 14:57

AB danışıqların başlamasına razılıq verir


Şimali Makedoniyanın Baş naziri Oliver Spasovski

Avropa Birliyi liderləri Şimali Makedoniya və Albaniyanın bloka qoşulması üzrə danışıqların başlanmasını rəsmən təsdiqləyib. İki gün öncə AB nazirləri bu kiçik Balkan ölkələri ilə prosesi başlatmağa yaşıl işıq yandırmışdı.

İndiyədək danışıqların bir neçə dəfə təxirə salınması sözügedən iki ölkəni məyus edirdi.

İndilik, rəsmi danışıqların başlanması üçün tarix açıqlanmayıb. Danışıqlar, namizəd ölkənin üzvlük hüququ əldə etməsi bir neçə il çəkə bilər. Diplomatların AzadAvropa/AzadlıqRadiosuna bildirməsinə görə, danışıqlar payızdan tez başlanmayacaq, hələ koronavirus böhranı prosesi daha da yubada bilər.

“Tirana və Skopyeyə təbriklər, buna layiqsiniz”, – Almaniyanın Avropa məsələləri üzrə dövlət katibi Michael Roth martın 24-də Twitter-də yazıb. Həmin gün videokonfrans vasitəsilə razılaşma əldə olunmuşdu.


Qərar AB üzvləri arasındakı fikir ayrılığı ucbatından yubanırdı. Fransa, Niderland və Danimarkanın dəstəyilə daha ləng yanaşma tələb edir, ölkələrin əlavə islahatlar aparmalı olduğunu deyirdi.

Digər üzvlər isə prosesin sürətləndirilməsini istəyir, Rusiya və Çinin Qərbi Balkan regionunda nüfuzunu gücləndirməsini yavaşıtmaqdan ötrü bu iki kiçik ölkəni bloka cəlb etməyin vacib olduğunu deyirdilər.

XS
SM
MD
LG