Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:12

Trump Xi ilə pandemiyadan danışıb


Donald Trump (solda) və Xi Jinping, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump çinli həmkarı Xi Jinping ilə telefon söhbətində koronavirus pandemiyasını müzakirə ediblər. Trump deyib ki, çinli həmkarıyla “birlikdə sıx işləyiblər. Böyük sayqılar!”

Martın 27-də baş tutmuş telefon zəngi nadir söhbətlərdən sayılır. Bu günlər Birləşmiş Ştatlar yoluxmalara görə Çini ötüb keçib.

Trump və Birləşmiş Ştatların bəzi rəsmilərinin fikrincə, dekabrda xəstəlik mərkəzi Hubey vilayətində tüğyan edəndə Çin dünyaya doğru informasiya verməyib. Administrasiyanın aparıcı rəsmiləri koronavirusa “Çin virusu” deməklə Çin liderlərini lap qəzəbləndiriblər.

Trump tvitintə yazıb ki, Xi ilə “çox yaxşı söhbəti” olub, “Planetimizin böyük hissələrində tüğyan edən KoronaVirusunu detallı” müzakirə ediblər.

Bu söhbətdən bir neçə saat qabaq Trump Vaşinqtonda jurnalistlərə deyib ki, Çin yenə də rəqəmləri aydın göstərmir.

Çin dövlət mediası da telefon zəngi haqda xəbər verib, onların yazmasına görə, Xi Trump-a deyib ki, Çin testləri açıq şəkildə aparır, xəstəliklə mübarizədə Pekin və Vaşinqton birlikdə işləməlidir.

XS
SM
MD
LG