Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 08:53

Çexiyada koronavirusdan ölənlərin sayı 9-a çatdı


Karl körpüsündə təmizlik işləri aparılır, arxiv fotosu

Martın 26-da Çexiya Respublikası koronavirusdan daha 3 nəfərin öldüyünü açıqlayıb. Artıq ölkədə bu xəstəlikdən ölənlərin sayı 9-a çatıb, yoluxanlar 1925 nəfərdir.

Çexiyanın Ticarət, Sənaye və Nəqliyyat naziri Karel Havlicek martın 26-da açılmasına icazə verilən bizneslər üçün istisnaları açıqlayıb. Buraya çilingər, ev əşyalarının təmiri xidmətləri, maşınların təmiri, avtoyuma xidmətləri; dəfn mərasimlərinin hazırlanması və icrası daxildir.

Havlicek deyib ki, indi otellər və qonaq evləri işi, sahibkarlıq və oxşar fəaliyyətlə məşğul olanları, Çexiyanı tərk etməyə hazırlaşan əcnəbiləri, eləcə də Çexiyada iş icazəsi olanları yerləşdirə bilər.

Ermənistanda isə koronavirusdan ilk ölüm halı qeydə alınıb, 72 yaşlı bir qadın xəstəxanada dünyasını dəyişib. Ermənistan vətəndaşı olan həmin şəxsdə ağciyər pnevmoniyası, bir neçə orqanın fəaliyyətinin pozulması, ürək ritminin pozulması yaranıb.

İndiyədək Ermənistanda 290 nəfərə koronavirus diaqnozu qoyulub. Martın 16-dan ölkədə bir aylıq fövqəladə vəziyyət elan olunub.

XS
SM
MD
LG