Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Mijatovic də Tofiq Yaqublunu azad etməyə çağırır


Tofiq Yaqublu oğlu Rəhim Yaqublu ilə, arxiv fotosu

Avropa Şurasının İnsan haqları komissarı Dunja Mijatovich Müsavat partiyasının üzvü Tofiq Yaqublunu dərhal azad etməyə çağırır. Bu haqda komissar tvitində yazıb.

“Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanması hökumətin tənqidçilərinə qarşı davamlı təqibini bir daha göstərir. Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onu dərhal azad etməli, onun səhhətinə əlavə risk yaranmayacağını təmin etməlidir”, – Mijatovic vurğulayır.

Xatırlatma

Tofiq Yaqublu martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. T.Yaqublu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

«Dostlar, ciddi təxribatla üzləşmişəm. «8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır», - o yazmışdı.

XS
SM
MD
LG