Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:55

İspaniyada koronovirus qurbanlarının sayı Çini keçib


Madriddə xəstəxana
Madriddə xəstəxana

İspaniyada koronovirusdan ölənlərin sayı sürətlə artmaqdadır, təkcə bir günə 738 nəfər həyatını itirib. Hökumətdə vəzifəcə üçüncü nazirdə də virus aşkarlanıb.

İndi İspaniyada koronovirusdan ölənlərin sayı 3 min 434-ə çatıb. O, İtaliyadan ( 6 min 820) sonra ikinci yerdədir. Ölkədəki qocalar evləri həddən artıq dolub, Madriddə xizək meydançası morqa çevrilib.

Çərşənbə günü polis meydançanın yanında qarovul qurub. Adətən uşaqların ad günü şənliklərinin keçirildiyi bu məkana indi ard-arda cənazələr gəlməkdədir.

Baş nazirin müavini Carmen Calvo-da virus aşkarlanıb.

Ölkədə tətbiq olunmuş 15 günlük fövqəladə vəziyyət 30 günədək uzadılır. Məktəblər, restoranlar, mağazalar bağlanıb.

Martın 14-dən əhali əsasən evlərdən çıxmır.

NATO-dan kömək istəyiblər

“Sosial ünsiyyətdə tam azalmaya nail olmuşuq”, – fövqəladə səhiyyə xidmətinin rəhbəri Fernando Simon mətbuat konfransında deyib.

Çərşənbə günü koronovirus diaqnozu qoyulanların sayı 47 min 610-a çatıb. Amma bu rəqəm daha da yüksələ bilər, 137 min işçinin virusla bağlı xəstəlik məzuniyyətinə çıxdığı bəllidir.

Minlərlə tibb işçisi də virusa yoluxub. Onlar hökuməti məhkəməyə verir, maska, əlyuma vasitələri, əlcək qıtlığından gileylənirlər.

Ordu NATO-dan ventilyator, qoruyucu geyim, test vasitələri istəyib. Bunu Silahlı Qüvvələrin başçısı Miguel Villarroya deyib.

Hökumət 432 milyon avro (467 milyon dollar) dəyərində maska, əlcək, test vasitələri, ventilyatorlar sifariş etdiyini bildirir. Səhiyyə naziri Salvador Illa deyib ki, sifarişlər səkkiz həftə ərzində çatdırıla bilər, ilk çatdırılma bu həftəyə gözlənir.

“Reuters” yazır ki, İspaniyanın şimalında bir ayaqqabı fabriki sadə qoruyucu maska istehsalına başlayıb.

Karantin İspaniya iqtisadiyyatına böyük zərbə vurub, onminlərlə işçi müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Ən böyük işəgötürənlərdən olan El Corte Ingles bildirib ki, mağazalarından 22 min işçini çıxarıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG