Keçid linkləri

Təcili xəbərlər
2020, 13 Avqust, Cümə axşamı, Bakı vaxtı 04:25

Çexiyada koronovirusdan ölənlərin sayı 6 oldu


Praqada boş qalmış Karl körpüsü

Martın 25-də Çexiya Respublikasında koronovirusdan daha üç xəstə dünyasını dəyişib və bununla da virusdan ölənlərin sayı 6-ya çatıb.

Bir neçə gün öncə Səhiyyə Nazirliyi ölkə üzrə məhdudlaşdırıcı tədbirləri aprelin 1-dək uzatmışdı. Nazirlik ictimai yerlərdə maksimum iki nəfərin birlikdə olmasına icazə verir.

Eyni evdə yaşayanlar, iş yerləri, sahibkarlıq və müvafiq fəaliyyətlə məşğul olanlar, dəfn mərasimləri iştirakçıları istisnadır. Nazirlik həmçinin adamlara digərləri ilə təmasda olarkən 2 metrlik məsafə saxlamaq göstərişi verib.

Martın 25-də Çexiyada koronavirusa 1654 nəfərin yoluxduğu açıqlanıb.

Kosovoda isə parlament hökumətə etimadsızlıq göstərib. Səsvermə Baş nazir Albin Kurti hökumətinin tərəfdaşı olan Kosovo Demokratik Liqasının (LDK) təşəbbüsü ilə keçirilib. Hakim koalisiyanın üzvü LDK baş nazirin siyasətinə – koronovirusla mübarizə tədbirlərinə, qonşu Serbiyadan məhsullara 100 faizlik tarif qoymasına qarşı çıxırdı.

Ölkədəki siyasi durum qeyri-müəyyən qalır. Normalda növbədənkənar seçki keçirilə bilər, amma COVID-19 xəstəliyi ilə mübarizənin aparıldığı bir dönəmdə bu mümkün görünmür.

XS
SM
MD
LG