Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 00:34

Həbsdə olan AXCP fəalının xəstələndiyi bildirilir


B.Həsənov

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Babək Həsənovun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində xəstələndiyi bildirilir.

Bu barədə B.Həsənovun qardaşı Cavid Həsənov məlumat verib: «Babək bu gün, martın 25-də evə zəng vuraraq artıq bir neçə gündür xəstə olduğunu deyib. Babək yüksək qızdırmadan, boğaz və böyrək ağrısından əziyyət çəkir…».

C.Həsənovun vurğulamasına görə, cəzaçəkmə müəssisəsində saxlanan bir çox dustaqlar xəstədir: «Lakin onları müalicə müəssisəsinə köçürmürlər və onlar digərləri ilə eyni barakdadırlar. Heç bir tədbir görülmür».

Penitensiar Xidmətin mətbuat xidmətin rəhbəri Mehman Sadıqov isə «Turan» agentliyinə bu deyilənləri yalanlayıb.

M.Sadıqovun deməsinə görə, cəzaçəkmə müəssisələrində vəziyyətə ciddi nəzarət olunur.

Xatırlatma

Babək Həsənov 2018-ci il mayın 25-də partiyanın digər funksionerləri - Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.

S.Rüstəmov həmin il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra mayın 25-də AXCP funksionerləri tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamada vurğulanıb ki, AXCP funksionerləri və S.Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək, bunu «qurama iş» adlandırıb.

Multimedia

XS
SM
MD
LG