Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 06:22

Kemerovodakı ticarət mərkəzinin sahibi Rusiyaya verilib


Yanğın qurbanları yad edilir, 2019-cu il

Polşa Sibirdəki ticarət mərkəzinin həmsahibini Rusiyaya təhvil verib. 60 nəfərin öldüyü yanğının ikinci ildönümündə həmin şəxs rüşvətxorluq ittihamları ilə mühakimə olunacaq.

Vyaçeslav Vişnevski Kemerovodakı Zimnyaya Vişnya (Qış Albalısı) ticarət mərkəzinin sahibi olan şirkətin rəhbəridir. O, martın 24-də Rusiyanın Kalininqrad eksklavında təcridxanaya yerləşdirilib, yerli agentliklər yazıblar. Koronavirus pandemiyasına görə, o, 14 gün karantində qalmalıdır.

Vişnevski ticarət mərkəzinin tikintisi zamanı onun açılmasına icazə almaq məqsədilə 7 milyon rubl (88 min 800 dollar) rüşvət verməkdə şübhəli bilinir. Məlumatı Rusiya Baş Prokurorluğu yayıb.

Məlumatda deyilir ki, bu məbləğ göstərilən xidmətlər üçün ödəniş kimi qələmə verilib.

2018-ci il martın 25-də ticarət mərkəzində yanğın baş verib. Həmin vaxt kinoteatrda qalmış 60 nəfər həlak olub.

Vişnevski ilkin istintaq zamanı Polşaya qaçıb. Polşada o, beynəlxalq order əsasında 2019-cu ilin martında saxlanıb.

XS
SM
MD
LG